Qərbi Azərbaycan İcmasından Braziliya XİN-ə ÇAĞIRIŞ
Qərbi Azərbaycan İcması Braziliya XİN-i məsuliyyətli olmağa çağırıb.
Metbuat.az xəbər verir ki, bu barədə İcmanın bəyanatında deyilir:
“Braziliya Xarici İşlər Nazirliyinin son açıqlamasında bir sıra yanlışlıqlar yer alıb.
“Bölgənin siyasi statusunun dəyişdirilməsi məqsədilə gücdən istifadə edilməsi” ifadəsi tamamilə qəbuledilməzdir. Qarabağın Azərbaycan ərazisi olması Ermənistan da daxil olmaqla, bütün beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilir.
Bu, eləcə də “Dağlıq Qarabağda və onun ətrafında” kimi köhnəlmiş ifadələrdən istifadə edilməsi Braziliya Xarici İşlər Nazirliyinin vəziyyətdən bixəbər olmasını göstərir.
Qərbi Azərbaycan İcması Braziliya Xarici İşlər Nazirliyini öz açıqlamalarında diqqətli və məsuliyyətli olmağa çağırır”, – bəyanatda vurğulanır.