fbpx

Qərbi Azərbaycan İcmasından Paşinyanın bəyanatına CAVAB

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Qərbi Azərbaycan İcması Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistandan qovulmuş azərbaycanlılarla bağlı martın 23-də verdiyi bəyanata münasibət bildirib.

Bu barədə Metbuat.az-a Qərbi Azərbaycan İcmasından məlumat verilib.

Qeyd edilib ki, Ermənistanın baş naziri Nikol Paşinyan martın 23-də bəyanat verərək Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıtma hüququna xələl yetirməyə çalışıb.

Rüya tabirlerini burdan oku

Ermənistanın hökumət başçısı Qərbi Azərbaycan mövzusunu ərazi məsələsi kimi təqdim etməyə çalışıb. Azərbaycanlıların indiki Ermənistandan qovulana qədər orada kompakt yaşamış olmaları faktını qeyd etməklə bərabər vurğulamaq istərdik ki, Qərbi Azərbaycan mövzusu insan hüquqları məsələsidir və bu məsələ Ermənistan hökumətinin etnik təmizləmə siyasəti və bu siyasətin nəticələrini aradan qaldırmaqdan imtina etməsi nəticəsində gündəliyə gəlib.

“Biz Ermənistan adlanan ərazinin qanuni sakinləriyik və evlərimizə geri qayıtmaq bizim mütləq və əzəli hüququmuzdur.

Ermənistanın baş naziri başqa ölkələrdə etnik azlıqların vəziyyəti ilə bağlı iftira atmaq əvəzinə, Ermənistandan qovulmuş azərbaycanlı sakinlərin geri qayıtmasına qeyd-şərtsiz şərait yaratmalı, orada azərbaycanlıların yaşamış olduğu məntəqələrdə həyata keçirdiyi qeyri-qanuni məskunlaşma siyasətinə və Azərbaycan mədəni irsin dağıdılmasına son verməlidir.

Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmaları azərbaycanlıların verifikasiya və zəmanət mexanizmləri və hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşma çərçivəsində həll edilməlidir. Ermənistandan qovulmuş azərbaycanlılar öz evlərinə qayıtması və onların orada fərdi və kollektiv hüquqları təmin edilməsi regionda davamlı sülhün zəruri şərtidir”, – deyə açıqlamada vurğulanıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Qərbi #Azərbaycan #İcmasından #Paşinyanın #bəyanatına #CAVAB

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu