fbpx

Qərbin Cənubi Qafqazda əsas hədəfi budur

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

“ABŞ və Avropa Birliyini, eləcə də, digər Qərb ölkələrini Cənubi Qafqazda sülh prosesi qətiyyən düşündürmür. Qərb siyasi iradə mərkəzlərinin əsas hədəfi Cənubi Qafqazdan Rusiyanı sıxışdırıb çıxarmaq, əvəzində isə öz təsir mexanizmlərini yerləşdirməkdən ibarətdir”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Son günlər Qərb siyasi dairələrinin Azərbaycana qarşı birmənalı olmayan fikirləri fonunda danışan ekspert vurğuladı ki, onlar bu hədəfə çatmaq üçün ilk növbədə Azərbaycan və Ermənistan arasındakı sülh prosesindən istifadə etməyə çalışırlar:

“Ancaq Azərbaycan Ordusunun lokal antiterror tədbirləri ABŞ və Qərbin bu niyyətlərini və bütün regional planlarını boşa çıxarıb. Ona görə də, Azərbaycan Ordusunun lokal antiterror tədbirlərinin yekun nəticələri Qərb siyasi dairələrini ciddi şəkildə qıcıqlandırır. Rəsmi Bakıya müxtəlif bəhanələrlə təzyiq göstərməyə çalışırlar. ABŞ və Qərb indi də Cənubi Qafqazda “humanitar” bəhanələrlə yerləşməyə cəhd göstərir. Rəsmi Bakının prinsipial və qətiyyətli mövqeyi isə onlara əngəl törədir.

Rəsmi Bakı hesab edir ki, Azərbaycan öz ərazi bütövlüyünü tamamilə təmin edib. Ona görə də, bundan sonra ABŞ və Qərbin Cənubi Qafqazda cərəyan edən proseslərə hər hansı müdaxilə etməsi, Azərbaycan-Ermənistan sülh danışıqlarında süni vasitəçiliyə can atması yolverilməzdir”.

Rüya tabirlerini burdan oku


Siyasi ekspert vurğuladı ki, rəsmi Bakı əmindir ki, Cənubi Qafqaz heç bir aidiyyatı olmayan kənar qüvvələr müdaxilə etməsələr, bu regionda sülhə və əmin-amanlığa daha tez nail olmaq mümkündür.

“Təbii ki, bütün bunlar ABŞ və Avropa Birliyi ölkələrini ciddi şəkildə qıcıqlandırır. Hətta Fransa Ermənistanı silahlandırmaq üçün xüsusi planlar qurmağa başlayıb. Ancaq Cənubi Qafqazda artıq çox şey dəyişib və Qərb siyasi iradə mərkəzləri bu reallıqla barışmaq məcburiyyətində qalacaqlar”, – deyə Elçin Xalidbəyli qeyd edib.

Gülbəniz Hüseynli / Metbuat.az

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Qərbin #Cənubi #Qafqazda #əsas #hədəfi #budur

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu