fbpx

Qəşəm Nəcəfzadə deputatla əlbəyaxa oldu

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Şamaxıda keçirilən “Azərbaycan dili və ədəbiyyatı forumu”nda gərgin anlar yaşanıb.

Metbuat.az “Qaynarifo”ya istinadən xəbər verir ki, şair Qəşəm Nəcəfzadə və deputat Nizami Cəfərovun arasında az qala yumruq davasına çevrilən qalmaqal baş verib.

Məlumata görə, Qəşəm Nəcəfzadə elm və təhsil naziri Emin Əmrullayevi sərt tənqid edib. Şair bildirib ki, orta məktəblər üçün nəzərdə tutulan dərsliklərdə ciddi nöqsanlar mövcuddur.

Rüya tabirlerini burdan oku

Deputat Nizami Cəfərov isə Qəşəm Nəcəfzadəyə çıxışını davam etdirməyə imkan verməyib və nazirin müdafiəsinə qalxıb. Bununla da tədbirin keçirildiyi zalda az qala “savaş baltaları” göyə qalxıb. Qəşəm Nəcəfzadə deputatın müdaxiləsinə sərt reaksiya verib və onun barəsində kəskin ifadələr işlədib. Əsəbdən özünə nəzarəti itirən şair nümayişkaranə şəkildə deputata hücum edib. Tədbir iştirakçıları Qəşəm Nəcəfzadəni sakitləşdirməyə çalışıblar. Uzun sürən gərgin anlar toplantı iştirakçılarının müdaxiləsi ilə nisbətən səngiyib. Tədbir iştirakçıları Qəşəm Nəcəfzadəni çətinliklə olsa da, zaldan çıxarda biliblər.

Qəşəm Nəcəfzadə açıqlamasında məlumatı təsdiqləyib:

“Tədbirdə elm və təhsil naziri Emin Əmrullayevə irad bildirdim. Dedim ki, sizin rəhbərlik etdiyiniz nazirlikdən xəbəriniz belə yoxdur. “Altun” nəşriyyatının direktoru Rafiq İsmayılov dəsrslikləri yaman günə qoyur, uşaqların biliyini, əxlaqını, etika-estetikasını korlayır. Qafiyəsiz, zəif, ədəbiyyata dəxli olmayan şeirləri dərsliklərə salır. Nəşriyyatın direktorudur, 1-ci sinifdən 9-cu sinifə kimi Azərbaycan dili dərsliyinin müəllifidir. Amma özü Azərbaycan dilini bilmir. Adam rusdillidir. Nazirə dedim ki, siz necə nazirsiniz ki, dərsliklərdən xəbəriniz yoxdur”.

Qəşəm Nəcəfzadə bildirib ki, onun sərt iradlarına Nizami Cəfərov reaksiya verib:

“Ön sırada oturmuşdu. Çıxışımı bitirməyə belə imkan vermədi və naziri müdafə elədi. Dedim ki, “Nizami müəllim, siz elm və təhsil nazirisiniz? Nazirin yerinə niyə cavab verirsiniz? Nə vaxt sualı sizə ünvanlasam, onda da cavab verərsiniz. Mən sualı elm və təhsil nazirinə ünvanlamışam, zəhmət çəkib cavab versin. Nizami Cəfərov etiraf etdi ki, qaldırdığım problemlər doğrudur, lakin yenə də kobudluğunu davam etdirdi. Mən də soruşdum ki, bu problemlərdən xəbəriniz varsa, niyə səsinizi çıxartmamısınız? Bu günə kimi sizin səsinizi eşitməmişəm. Kimdən qorxursunuz? Niyə cəsarətiniz yoxdur?”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Qəşəm #Nəcəfzadə #deputatla #əlbəyaxa #oldu

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu