“Qəsdən ayağıma vurdu, cavabını verdim”
BEY.AZ informasiya agentliyi xəbər verir
“Qəsdən ayağıma vurdu, mən də cavabını verdim”.
Metbuat.az xəbər verir ki, bunu “Report”a açıqlamasında “Qəbələ”nin kapitanı Asif Məmmədov Türkiyənin Antalya şəhərində Çexiyanın “Teplitse” komandasına 1:2 hesabı uduzduqları yoxlama oyununun sonlarında baş vermiş dava barədə danışarkən deyib.
37 yaşlı yarımmüdafiəçi günahın rəqib futbolçuda olduğunu bildirib: “Həmin epizoddan 2 dəqiqə əvvəl də mənə qarşı aqressiv hərəkət etdi. Topu bilərəkdən mənə doğru vurdu. Amma bu, futboldur və burada belə hallar çox olur”.
Qeyd edək ki, son dəqiqələrdə baş vermiş insidentə görə “Qəbələ” – “Teplitse” oyunu yarımçıq dayandırılıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Qəsdən #ayağıma #vurdu #cavabını #verdim