fbpx

Qətlə yetirilən 14 yaşlı Aytacın anası və dayısı həbs edildi

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

Gürcüstanın Saqareco rayonunun Ləmbəli kəndində əri tərəfindən qətlə yetirilən 14 yaşlı Aytac Şahmarovanın anası və dayısı həbs edilib.

Metbuat.az Bakupost.az-a istinadən xəbər verir ki, onlar barəsində zorla ərə vermə və cinayət barədə məlumat verməmə faktları üzrə Rustavi Şəhər Məhkəməsinin hökmü ilə həbs qətimkan tədbiri seçilib. Sözügedən qərarı hakim Madonna Maisuradze qəbul edib. İttiham tərəfi olan prokurorluq təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilməsini tələb edib və hakim tələbi təmin edib.

Bundan əvvəl məhkəmə prokurorluğun vəsatətini qəbul etməmişdi.

Xatırladaq ki, qətl hadisəsi oktyabrın 5-i qeydə alınıb. 14 yaşlı Aytac Şahmarovanı qətlə yetirməkdə şübhəli bilinən 27 yaşlı əri Alim Sadiqov saxlanılıb. A. Sadiqov qeyri-rəsmi nikahda olduğu Aytac Şahmarovaya odlu silahdan 3 dəfə atəş açaraq xəsarət yetirib, yeniyetmə aldığı güllə yarasından hadisə yerində keçinib.

Rüya tabirlerini burdan oku

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Qətlə #yetirilən #yaşlı #Aytacın #anası #və #dayısı #həbs #edildi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu