fbpx

Qəzada ölən qız deputatın tələbəsi imiş…

BEY.AZ informasiya agentliyi xəbər verir


“Dünən xəbər saytlarında Aysel Cəfərzadə adlı tələbə qızın avtomobil qəzasında həlak olması barədə məlumat verildi. O mənim dərs dediyim qrupun tələbəsi Aysel Cəfərzadədir”.

Metbuat.az xəbər verir ki, bu sözləri deputat Aydın Mirzəzadə sosial şəbəkə hesabında yazıb.

O, qəzada həlak olan qızın müəllimi olduğunu, Dövlət İdarəçilik Akademiyasının politologiya ixtisasının lll kursunda təhsil aldığını vurğulayıb:

“Çox ağıllı, çox bilikli, mədəni qız idi. Heç zaman dərsdən qalmazdı, həmişə məşğələlərdə cavablarına görə maksimum 10 bal alırdı. Aysel nümunəvi tələbə kimi heç zaman yadımdan çıxmayacaq. Göyçaya atasına zəng edib, başsağlığı verdim. O ailənin böyük övladı idi, özündən balaca qardaşı var.

Allah rəhmət eləsin”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının III kurs tələbəsi Aysel Cəfərzadə ağır yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin