Qəzza zolağında “Dəmir Qılınclar” əməliyyatı başladı
HƏMAS İsrailə qarşı müharibə elan edib.
Metbuat.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qallant bildirib.
Nazir bildirib ki, bu gün Qəzza zolağından İsrail ərazisinə başlayan genişmiqyaslı raket hücumlarına cavab olaraq ölkəsinin Silahlı Qüvvələri döyüş əməliyyatlarına başlayıb.
Qeyd edək ki, İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin məlumatına əsasən, ordu Qəzza zolağında “Dəmir Qılınclar” (“Iron Swords”) adı altında hərbi əməliyyatlara başlayıb.
İsrail Prezidenti İsxak Hersoq baş verənlərə “X” platformasında münasibət bildirib və ölkəsinin çətin dövr yaşadığını qeyd edib. İsrail rəhbəri xalqına və ordusuna tam dəstəyini ifadə edib:
“Mən İsrail ordusunu, onun komandirlərini, hərbçilərini və bütün təhlükəsizlik xidmətlərini dəstəkləyirəm”.