fbpx

Qab yuyub, küçələrdə yatırdım – Miri Yusif / VİDEO

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

“ABŞ-yə cavan Yusif olaraq getdim, müdrik Miri Yusif kimi qayıtdım”.

BEY.AZ xəbər verir ki, bunu Baku TV-nin “Qapqara” verilişində Xalq artisti Miri Yusif deyib.

O, ABŞ-də keçirdiyi vaxtları həyatının ən çətin dövrü adlandırıb:

“Düzdür, baxanlar deyəcəklər ki, sən o boyda Los-Ancelesdə yaşamısan. Amma elə deyil. Mənim orada çox çətin zamanlarım olub və fəxr edirəm ki, bunlardan keçmişəm. Orada cibimdə pul-para olmadan bəzən çöllərdə, skamyalarda yatmışam. Çox vaxt müxtəlif yerlərdə qab-qacaq yuyurdum, yerləri təmizləyirdim, ofisiant işləyirdim”.

Xalq artisti hər dəfə səhnəyə çıxanda skamyada gecələdiyi həmin anların gözlərinin önündə canlandığını deyib:

“Bu da gözəl təcrübə idi. Bu, olmalı idi. Skamyada uzananda özümə həmişə söyləyirdim ki, mən burada nə edirəm, buraya niyə gəlmişəm. Amma sonra dedim ki, özüm özümə uduzsam, sonra peşman olaram və uduzmadım, əksinə, qazandım”.

Daha ətraflı videomüsahibədə:

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Qab #yuyub #küçələrdə #yatırdım #Miri #Yusif #VİDEO

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin