fbpx

Qadın cinayətlərinin artmasına səbəb olanlar…

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

Bu həftə Azərbaycanda 8-ə yaxın qadın cinayəti işlənib. Bu rəqəmi 12 aya vurduqda ortaya dəhşətli statistika çıxacaq. Qarşısını almaq mümkündürmü? Çox dəqiq və ümidverici sözlər söyləmək mümkün deyil təəssüf. İnsanların bir-birini öldürməsinə əngəl ola biləcək bir yolun olmadığı kimi, qadın cinayətlərinin də qarşısının alınmasının təməlli bir yolu yox kimi görünür.

Bəs necə olacaq? Bəlkə də əsrlərdir zehniyyətə hopan zərərli mental düşüncələri və cahillik səviyyəsini minimuma endirməklə qadın cinayətlərini qismən azaltmaq olar. Necə? Təhsil yolu ilə. Təhsil deyərkən əlifba öyrənməkdən bəhs etmirəm. Təməl əxlaq tədrisini nəzərdə tuturam. Bu təhsil isə məktəbdə yox, ailədə verilir. Bu gün məktəblərdə təməl əxlaq tədris edilsə belə, uşağın böyüdüyü ailədə idarəçi sistem as deyirsə, asacaq, kəs deyirsə, kəsəcək. Ona görə də, uşaqlardan əvvəl valideynlər tərbiyə olunmalıdır. İşin ən çətin tərəfi də elə budur. Bunu necə edəcəyik? Yaşını almış adamları kursamı cəlb edəcəyik? Gəlməzlər. Gəlsələr də 40-50 yaşındakı adamların dünyagörüşünü bir anda dəyişmək mümkün olarmı? Əsla. Bu adamlar 50 yaşadək qısa ətək geyinən qadına “fahişə” kimi baxıbsa, həyatının sonuna qədər qısa ətəkli qadınlar onun üçün “fahişə” olaraq da qalacaq və o cür valideynlərin idarə etdiyi ailədə böyüyən uşaq da dünyagörüşünü bu istiqamətdə tənzimləyəcək.

Qızların təhsil məsələsi bu problemdə də aktualdır. Qız uşaqlarının hələ də yük olaraq görüldüyü ailələr var bu ölkədə. İnsan olaraq var olmağın onsuz da çətin olduğu dünyada qadın olmağın yükünü daşımaq zəka, təhsil və mədəni qazanclarla mümkündür. Qız övladlarımızı gəlin edərkən onlara haqlarını xatırlatmalıyıq. Heç kimin onları istəmədikləri şeylərə məcbur etmək ixtiyarlarının olmadığını öyrətməliyik. Onlara çıxarkən qayıda biləcəkləri bir qucaq olduğunu dönə-dönə xatırlatmalıyıq.

Teleməkandakı ailə-məişət konfliktləri əsasında qurulan proqramlarda qadınların günahkar, qınanan tərəf olaraq təqdim olunması, onların səhvlərinin qabardılması, müzakirəyə çıxarılması, milyonlarla insanın gözü qarşısında “ekspertlər” tərəfindən mühakimə olunması patriarxal gücün hakim olduğu cəmiyyətdə qadın cinayətlərini daha da tətikləyir və cinayətkarlara haqq verilməsinə zəmin hazırlayır.

Məsələn, Xəzər Televiziyasında yayımlanan “Təsir Dairəsi” verilişində oğlunun ailəsini qəbul etməyən ataya sual verilir ki, “bu qızın yerinə öz qızını qoyursanmı heç?” Kişi deyir “elə qızım olsa, başını kəsərəm”. Bu cür qatil təfəkkürlü adamı efirə çıxarıb “qeyrət nümayişinə” şərait yaratmaqla telekanal vizual media qanunlarını pozur. Amma bu detallar heç bir səlahiyyətli şəxsin diqqətinə tuş gəlmir.

Rüya tabirlerini burdan oku

Medianın qadın cinayətlərini xəbər edərkən sərgilədiyi yanaşma da tamamilə yanlışdır. Öldürən kişilərdən bəhs etmək yerinə, öldürülən qadınların şəxsi həyatı, əxlaqı, geyimi, spirtli içkidən istifadə edib-etməməsi, qatil ilə münasibətləri şou materialı olaraq gündəmi zəbt edir. Sanki cinayətkarı nə etdiyi deyil, bu tərzdə geyinən qadınların başına nə gələcəyini izah etməyə çalışırlar. Öldürənin cinayəti deyil, qadının əxlaqı müzakirəyə çıxarılır. Öldürülən qadınların şəkilləri, şəxsi məlumatları, hətta qətlin törədilməsinə dair qan donduran təfərrüatlar mətbuatda açıq şəkildə dərc olunarkən, cinayətkarların şəkilləri gizlədilir. Beləliklə də cəmiyyətdə qadın cinayətlərinin yalnız qadınlar və onların seçimləri ilə əlaqəli bir anlayış olduğu fikri formalaşdırılır.

Qadın cinayətlərinin günü-gündən artmasında müasir həyatın təsirləri, əxlaqi dezinformasiyalar, sosial şəbəkələr vasitəsilə təbliğ olunan seks fenomeni, əxlaqsızlığın artıq komediya materialına çevrilməsi də mühüm rol oynayır.

Günel Musa

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Qadın #cinayətlərinin #artmasına #səbəb #olanlar..

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu