Qadın cüdoçumuzun evinə raket düşdü
BEY.AZ informasiya agentliyi xəbər verir
Hazırda Ukraynada yaşayan Azərbaycanın tanınmış qadın cüdoçusu İrina Kindzerskaya “İnstaqram” hesabında gözüyaşlı fotosunu paylaşaraq rusiyalıların da eyni həyəcan keçirməsini arzuladığını bildirib. O, evsiz qaldıqlarını yazıb.
Metbuat/az xəbər verir ki, yenisabah.az saytının əməkdaşı nə baş verdiyini soruşmaq üçün İrina Kindzerska ilə əlaqə saxlayıb. Telefona onun həyat yoldaşı Həmid Əliyev cavab verərək hazırda İrinanın vəziyyətinin çox da yaxşı olmadığını deyib:
“İrina danışacaq halda deyil. Ukraynadan çıxmışıq, lakin komendant saatı olduğuna görə hələ də çata bilməmişik. 4-5 saatlıq yolumuz qalıb. Çatdığımız zaman ətraflı məlumat verəcəyik. İrinanın sağlığı yerindədir problem yoxdur. Sadəcə olaraq bir az yorğundur, özünü pis hiss edir”.
Həmid Əliyev evlərinə raket düşdüyünü, bu səbəbdən yaşadıqları İrpen şəhərini tərk etdiklərini bildirib, lakin hara getdiklərini deməyib: “Raket bizim evə atılıb. 1000 mənzilli binaya, balaca şəhərciyə raket atıblar. Həmin raket gəlib bizim evin balkonundakı qaz turbasını partladıb. Hələ ki, evin vəziyyəti necədir, bilmirik”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.