fbpx

Qadın güləşçilərimizin Avropa çempionatında ilk rəqibləri bəlli oldu

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatında çıxış edəcək Azərbaycanın qadın güləşçilərinin rəqibləri müəyyənləşib.

Metbuat.az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, bu gün püşkatma mərasimi baş tutub.

Püşkə əsasən, güləşçilərimizin də ilk rəqibləri müəyyənləşib. Belə ki, Mariya Stadnik (50 kq) türk Evin Demirhan, Türkan Nəsirova (53 kq) Mariya Spirkovska (Şimali Makedoniya), Elnurə Məmmədova (55 kq) litvalı Laura Stanelite (Litva), Jalə Əliyeva (57 kq) Anna Şel (Macarıstan) – Elena Brügger (Almaniya) cütünün qalibi, Alyona Kolesnik (59 kq) Yovana Radivoyeviç (Serbiya) – Morena de Vita (İtaliya) görüşünün güclüsü, Birgül Soltanova (62 kq) Estoniya təmsilçisi Viktoriya Vesso, Elis Manolova (65 kq) İrina Rinqaci (Rumıniya) – Kendra Daçer (Fransa) cütünün qalibi, Nigar Mirzəzadə (72 kq) isə Lyudmila Tiçina (Ukrayna) ilə qarşılaşacaq.

Rüya tabirlerini burdan oku

Qadın güləşçilər aprelin 19-dan 21-dək qitə birinciliyində mübarizə aparacaqlar.

Qeyd edək ki, ilk olaraq aprelin 19-da 50, 55, 59, 68 və 76 kiloqram çəki dərəcələrində çıxış edən qadın güləşçilər mübarizəyə start verəcəklər.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Qadın #güləşçilərimizin #Avropa #çempionatında #ilk #rəqibləri #bəlli #oldu

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu