Qadın küçələri gəzərək pul qazandı
ABŞ-nin Nyu-York şəhərində qadın köynəyinin üzərinə QR kod çap etdirərək küçələri gəzərək pul yığıb.
BEY.AZ xəbər verir ki, küçələri gəzən qadının görüntüləri sosial mediada paylaşıldıqdan sonra trend olub.
Belə ki, qadın pul toplamaq üçün maraqlı üsula əl atıb. O, köynəyinə QR kod çap etdirərək gəzintiyə çıxıb. Yoldan keçən insanlar qadının köynəyindəki QR kodu telefonlarıyla skan edərək ona pul göndəriblər. Görüntülər sosial mediada geniş müzakirələrə səbəb olub.
Həmin videonu təqdim edirik:
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |