fbpx

Qafqaz Müsəlmanları İdarəsi bəyanat yayıb

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir

Qafqaz Müsəlmanları İdarəsi bəyanat yayıb.

Metbuat.az-a daxil olan bəyanatda deyilir:

“Azərbaycan dini-mənəvi dəyərlərinə dərin ehtiramı, dinlərarası anlaşma və mehriban qardaşlıq mühitinin hökm sürməsi ilə tanınan dünyəvi, hüquqi-demokratik dövlətdir. Ölkə Konstitusiyasına görə, bütün dinlər bərabər hüquqlara malikdir. Ateizm ideologiyasından qurtulmuş müstəqil Azərbaycanda milli-mənəvi dəyərlərimizin əsasında duran İslam dininə dövlət səviyyəsində xüsusi ehtiramlı münasibət bərqərar olmuşdur. Sovetlər dönəmində 17 məscidi olan Azərbaycanda müstəqillik dövründə 2000-dən artıq məscid, təqribən bu sayda imam dövlətin maddi dəstək və yardımı ilə fəaliyyət göstərir. Bütün ölkə boyunca, o cümlədən, işğaldan azad olunmuş ərazilərimizdə bərpa edilən və yenidən qurulan dini-mənəvi abidələrimiz, bütün dinlərə məxsus ibadətgah məkanları dövlətin ali diqqətinin təzahürüdür. Dövlət səviyyəsində həyata keçirilən bu işlərin şahidi bütün dünya ictimaiyyətidir. Həqiqət göz önündədir. Müqəddəs Kitabımız Qurani-Kərimdə buyurulduğu kimi: “Yaxşı işlər görün! Allah, Onun Peyğəmbəri və möminlər əməllərinizi görəcəklər” (Tövbə, 105).

Rüya tabirlerini burdan oku

İslam dəyərlərinin ümumbəşəri əhəmiyyətinə önəm verən, müqəddəs dinimizin sülhsevər mahiyyətinin dünya miqyasında təbliği və müdafiəsi istiqamətində əməli səylər göstərən dövlət başçımız İlham Əliyev Azərbaycanda Multikulturalizm ili, ardınca İslam Həmrəyliyi ilini elan etməklə öz müdrik qərarları və müəllifi olduğu Bakı prosesi ilə dünya miqyasında dinlərarası dialoq, sivilizasiyalararası əməkdaşlıq işinə böyük töhfələr verməkdədir. Azərbaycan dövləti dünyanın istənilən nöqtəsində İslamın müqəddəs məkanlarına, rəmz və şəxsiyyətlərinə qarşı hər hansı hörmətsizliyə, etnik, dini qarşıdurmalara yol açan nifrət çağırışlarına hər zaman qətiyyətli etiraz səsini ucaldır. Azərbaycanın dövlət rəhbəri islamofobiya meyllərinə qarşı öz qətiyyətli mövqeyini beynəlxalq aləmdə ən uca xitabət kürsülərində – BMT-də və nüfuzlu qlobal forumlarda səsləndirir, öz ardıcıl əməlləri, səyləri ilə dini-mənəvi dəyərlərinə ehtiramını xalqımıza və dünya ictimaiyyətinə nümayiş etdirir.

Yüz illərdir ayrı-ayrı xalqların və dinlərin mənsublarının mehriban ailə kimi yaşadığı Azərbaycanda din-dövlət münasibətləri yüksək səviyyədədir, milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir, etnik-dini müxtəliflik ölkəmizin milli sərvəti kimi dəyərləndirilir. Multikultural birgəyaşayış təcrübəmiz dünyada nümunəvi model olaraq təqdir olunur. İslam dünyasının mütərəqqi dövlətlərindən biri kimi tanınan, öz milli, dini-mənəvi dəyərlərini qoruyub inkişaf etdirən, bəşəri dəyərlərə önəm verən Azərbaycan dövlətinin əməli səyləri dünya miqyasında nüfuzumuzu artırır, bütün beynəlxalq müstəvilərdə mövqelərimizi möhkəmləndirir.

Təəssüf olsun ki, Azərbaycanda hökm sürən tolerantlıq və dinlərarası, məzhəblərarası harmoniya mühitində dövlətimizin uğurlarından narahat olan bəzi destruktiv qüvvələr tərəfindən ölkəmizdəki ictimai sabitliyi, vətəndaş birliyini pozmaq niyyəti ilə nifrət çağırışlarının gündəmə gətirilməsi, məzhəblərarası təfriqə yaratmaq istiqamətində istər daxildə, istər ölkə xaricində məqsədyönlü təxribat meylləri müşahidə olunmaqdadır. Beynəlxalq qurumlara və dünya ictimaiyyətinə ölkəmiz haqqında böhtan və qarayaxma xarakterli məlumatların ötürülməsi, Azərbaycanın demokratik imicinə qarşı heç bir obyektiv reallığa əsaslanmayan çirkin təbliğatın aparılması, cəmiyyətimizin ən dəyərli üzvləri – xalqımızın Vətən müharibəsindəki qələbəsi naminə canlarını fəda etməyə hazır olan, sağlamlığını itirən qəhrəman qazilərimizi təxribata çəkmək yönündə xaricdən idarə edilən və maliyyələşdirilən hərəkətlər də bu qəbildəndir.

Azərbaycan dövləti beynəlxalq aləmdə qazandığı siyasi-mənəvi uğurlara azərbaycançılıq məfkurəsi, tarixi etnik-dini tolerantlıq ənənələri, zəngin multikultural dəyərləri ilə, dinlərarası və məzhəblərarası nadir anlaşma şəraitini bərqərar etməklə nail olmuşdur. Azərbaycan dünyada unikal ölkələrdəndir ki, dindarları məzhəb fərqi qoymadan eyni məsciddə namaz qılır, ibadət və bayram günlərini birgə keçirirlər. Xalqımızın çoxəsrlik mental dəyərləri və dövlətimizin müdrik siyasəti sayəsində təşəkkül tapan bu reallıq qibtə ilə yanaşı, təəssüf ki, bəzi dairələrdə qıcıq yaradır. Milli birliyimizə, daxili həmrəyliyimizə xələl gətirmək niyyəti ilə məzhəblərarası anlaşma mühitimizi hədəfə alan məkrli qüvvələr ölkə daxilində və xaricdən idarə olunan bəzi sosial media şəbəkələrində məqsədyönlü iş aparmaqdadırlar. İslam adından məkrli siyasi məqsədlər üçün sui-istifadə edən, mənəvi dəyərləri məqsədyönlü şəkildə təhrif edən, dinin əsaslarından anlayışı olmayan bəzi sosial şəbəkə fəalları insanları yanlış yola istiqamətləndirmək üçün canfəşanlıq göstərirlər. Bəlli məqsədlər naminə düşmən dəyirmanına su tökmək, qərəzli dezinformasiyaları əldə bayraq edərək müsəlmanların müqəddəs hissləri, xalqın heysiyyatı ilə oynamaq haqsızlıqdır. Müqəddəs dinimiz İslam sülh, anlaşma, əmin-amanlıq dinidir. Mahiyyətində bəşəri dəyərlər duran dinimizin adından təxribatlar üçün sui-istifadə olunması yolverilməz əməl, günah işdir.

Müzəffər ordumuz, fədakər Azərbaycan əsgəri heç bir etnik, dini və məzhəb fərqinə məhəl qoymadan 44 günlük müqəddəs Vətən müharibəsində möhtəşəm birlik nümayiş etdirdi, öz Ali Baş Komandanının əmri və xalqımızın qələbə çağırışı ilə səfərbər olaraq, bir səngərdə, çiyin-çiyinə misilsiz qəhrəmanlıqlar göstərdi, mədəniyyət paytaxtımız Şuşanı, bütün Qarabağı otuz illik düşmən işğalından xilas etdi. Mübarək şəhidlərimizi milli, dini, məzhəbi mənsubiyyətindən asılı olmayaraq, bütün din xadimləri birlikdə torpağa tapşırdıq. Qafqaz Müsəlmanları İdarəsi hər bir Azərbaycan vətəndaşını haqq mücadiləmiz zamanı olduğu kimi, bu gün də monolit birliyimizi qorumağa, dinindən, məzhəbindən asılı olmayaraq eyni cəbhədə olmağa, dövlətçiliyimizin mənafelərini müdafiə etməyə, milli-mənəvi həmrəyliyimizi pozmağa yönəlik təxribatlara uymamağa çağırır. Qalib Azərbaycan xalqı öz mənəvi dəyərlərinin sahibidir, Qarabağda əsarətdən qurtardığı İslami dini irsinə sahib çıxan millətdir. Qədim dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı məhz milli-mənəvi dəyərlərinə sadiqliyi sayəsində özünün mövcudluğunu, milli özünəməxsusluğunu bugünədək qoruyub saxlaya bilmişdir. Bu gün də müdrik dövlət başçımızın rəhbərliyi ilə xalqımız, ölkə dindarları milli-mənəvi dəyərlərimizin keşiyindədir, onu yad təsir və təxribatlardan göz bəbəyi kimi qoruyur və hər zaman da qoruyacaqdır. Uca Allah Azərbaycanı hifz etsin!”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu