fbpx

QAİ Almaniya XİN rəhbərinin açıqlamasını pisləyib

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Qərbi Azərbayan İcması Almaniya XİN rəhbəri Annalena Berbokun Laçın yolu ətrafında baş verən hadisələrlə bağlı açıqlamasını pisləyib.

İcmadan Metbuat.az-a verilən xəbərə görə, açıqlamada deyilir:

“Qərbi Azərbayan İcması Almaniyanın xarici işlər nazirinin 2023-cü il 31 avqust tarixli bəyanatı ilə əlaqədar bildirir ki, alman nazir ya belçikalı və kanadalı həmkarları kimi böyük bir ölçüdə məsələlərin mahiyyətindən xəbərsizdir, ya da bəzi islamofob, azərbaycanofob Qərb mediasının təsiri altındadır. Almaniya kimi bir ölkənin keçmiş münaqişəyə dair öz mövqeyinin olmaması, başqalarının mövqeyindən çıxış etməsi çoxlu suallar doğurur. Yəqin ki buna görə,Almaniya bütün günü beynəlxalq hüquqdan, qanunun aliliyindən, insan hüquqlarından danışmasına baxmayaraq Azərbaycan ərazilərinin işğalına son qoyulması üçün Ermənistana çağırış etməmiş, bu ölkədən deportasiya edilmiş azərbaycanlıların qayıdışı, hüquqları məsələsinə toxunmamışdır.

Rüya tabirlerini burdan oku

Alman naziri, ölkəsinin başqalarının Cənubi Qafqaz regionuna gətirmək istədiyi təhlükəli geosiyasi rəqabət ssenarisində yer almamağa çağırırıq”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#QAİ #Almaniya #XİN #rəhbərinin #açıqlamasını #pisləyib

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu