fbpx

QAİ bir qrup fransız deputatın qərəzli müraciətini qınayıb

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Qərbi Azərbaycan İcması bir qrup fransız deputatın qərəzli müraciətini kəskin şəkildə qınayıb.

Metbuat.az xəbər verir ki, bu barədə icmadan məlumat verilib.

Bildirilib ki, Qərbi Azərbaycan İcması bir qrup fransız deputatın Azərbaycana qarşı düşmənçiliyə çağıran, beynəlxalq hüquqa həqarət olan qərəzli müraciətini kəskin şəkildə pisləyir və bunu Fransa cəmiyyətində tüğyan edən irqçiliyin, islamofobiyanın və azərbaycanofobiyanın bariz göstəricisi kimi dəyərləndirir.

Rüya tabirlerini burdan oku

“Fransız deputatlara xatırladırıq ki, onların iddia etdiyi “etnik təmizləmə” siyasəti öz torpaqlarını 30 illik Ermənistan işğalından azad edən və hazırda Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyasında qərarlı olan Azərbaycan deyil, qərbi azərbaycanlıları Ermənistandan deportasiya etmiş, onların qayıdış hüququnu inkar edən, onilliklər boyu Azərbaycan ərazilərini işğal altında saxlamış Ermənistan tərəfindən törədilmişdir.

Fransız deputatların diqqətinə çatdırırıq ki, ciddi-cəhddə müdafiə etdikləri Avropa İttifaqının Ermənistandakı Missiyasının hər gün patrul apardığı ərazilərin əksəri vaxtilə qərbi azərbaycanlıların yaşadığı və 30 il öncə deportasiya edildiyi ərazilərdir”, – icmadan qeyd olunub

Bildirilib ki, əgər fransız deputatları həqiqətən də iddia etdikləri “beynəlxalq hüquq”, “demokratik dəyərlər” maraqlandırsaydı, onda onlar separatizmi, revanşizmi, cəzasızlığı təşviq edən Ermənistanı və qondarma qurumun qalıqlarını deyil, sülh və birgəyaşayış ideyalarını təşviq edən Qərbi Azərbaycan İcmasını, onun Ermənistanla dialoq təklifini və qərbi azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdışını dəstəkləməliydilər.

Qərbi Azərbaycan İcması fransız deputatlardan Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı qəsddən, bölgədə vəziyyəti gərginləşdirən fəaliyyətdən çəkinməyi və ölkəmizin daxili işlərinə qarışmamağı tələb edir: “Biz həmin deputatları öz ölkələrində hökm sürən irqçiliyə və islamofobiyaya qarşı mübarizə aparmağa, Korsika dilini qadağan etməməyə və müstəmləkə təfəkküründən əl çəkməyə çağırırıq”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#QAİ #bir #qrup #fransız #deputatın #qərəzli #müraciətini #qınayıb

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu