“Qalatasaray” İkardinin yerinə onu alır
“Qalatasaray” üçün gözlənilməz transfer iddiası gündəmə gəlib.
BEY.AZ xarici KİV-ə istinadən xəbər verir ki, “sarı-qırmızılar” əsas hücumçusu Mauro İkardinin zədələnərək mövsümü erkən başa vurduğu üçün qış transfer dövründə hücum xəttini gücləndirmək istəyir. “Qalatasaray”ın hədəfində “Universidad Katolika” klubunun oyunçusu Qonzalo Tapianın olduğu bildirilir.
“TNT Sports”un məlumatına görə, “Qalatasaray” 22 yaşlı Çilili hücumçu ilə maraqlanır. Nəşrin müxbiri Xorxe Kubillos Qonzalo klubu ilə razılığa gələ bilməyən Tapia üçün ən yaxşı seçimin “Qalatasaray” olacağını deyib.
Qeyd edək ki, Tapianın “Universidad Katolika” ilə müqaviləsi 2024-cü ilin dekabrında başa çatacaq. Onun transfer dəyəri 2 milyon avro olaraq qiymətləndirilir. Əsas mövqeyi mərkəz hücumçusu olan 22 yaşlı futbolçu cinahda da oynamaq bacarır. O, cari mövsümdə 33 oyunda meydana çıxaraq 11 qol vurub, 4 məhsuldar ötürmə edib.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |