“Qalatasaray” klubu və Dursun Özbək barəsində araşdırma başladı
“Qalatasaray” klubu və Dursun Özbək barəsində araşdırma aparılması üçün Türkiyə Futbol Federasiyası Peşəkar Futbol İntizam Şurasına cəlb edilib.
BEY.AZ xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası açıqlama verib. Araşdırmanın aparılmasına səbəb kimi qeyri-idman ifadələri və təhqirlər göstərilib. Açıqlama deyilir ki, “Qalatasaray” klubun sosial media hesabında idman əleyhinə ifadələr işlətdiyinə görə Futbol İntizam Təlimatının qaydalarına uyğun olaraq İntizam Şurasına cəlb edilib.
Qeyd edək ki, “Qalatasaray”la Türkiyə Futbol Federasiyası prezidenti İbrahim Hacıosmanoğlu arasında gərginlik baş verib. Klub İbrahim Hacıosmanoğlunu istefaya çağırıb. Futbol Federasiyası prezidenti isə klubun açıqlamalarını rədd edib.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |