fbpx

“Qalatasaray” macar futbolçu ilə razılaşdı



“Qalatasaray” cinah transferini başa vurmaq üzrədir.

BEY.AZ bildirir ki, Nikola Zalevskini razı sala bilməyən sarı-qırmızılılar Roland Sallai ilə prinsipdə razılığa gəliblər. İstanbul təmsilçisi “Frayburq” ilə transferlə bağlı danışıqların son mərhələsindədir.

Tərəflər razılaşarsa, macar cinah yarımmüdafiəçisi bu axşam İstanbula gələcək və 4 illik müqavilə imzalayacaq.

7 mövsüm Bundesliqa komandasında çıxış edən Roland Sallai 163 matçda 27 qol vurub, 23 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Super Liqada yay transfer pəncərəsi bu axşam bağlanacaq.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin