“Qalatasaray” matçı öncəsi ortalıq qarışdı: 5 yaralı var
Çempionlar Liqasının 3-cü həftəsində İstanbulda keçiriləcək “Qalatasaray” -“Bayern Münhen” matçı öncəsi alman azarkeşlər xaosa səbəb olub.
BEY.AZ xəbər verir ki, türkiyəli azarkeşlər Taksimə gələn təxminən 70 nəfərlik qrupla dava edib. 4-ü alman olmaqla 5 azarkeş yüngül xəsarət alıb. Polis hadisəyə müdaxilə edərək, alman azarkeşləri otellərinə yerləşdirib.