fbpx

“Qalatasaray” matçında Keyn eşitmə qabiliyyətini itirdi

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

“Bavariya”nın futbolçusu Harri Keyn “Qalatasaray” matçında azarkeşlərin səs-küyünə görə eşitmə qabiliyyətini itirdiyini bildirib.

BEY.AZ xəbər verir ki, Harri Keyn UEFA Çempionlar Liqasında “Qalatasaray”la matçından sonra “Qalatasaray”ın azarkeşlərini tərifləyib. Bu stadionda oynamağın çətin olduğunu deyən hücumçu matçdan sonra eşitmə qabiliyyətinin bərpa olunduğunu vurğulayıb.

“Biz vacib qələbə qazandıq. “Qalatasaray”ın stadionunda oynamaq çox çətindir. Bu, həqiqətən əla atmosferdir. Buna görə təşəkkür edirəm. Azarkeşlərin komandaya təsiri həqiqətən yüksəkdir. İlk dəfədir ki, “Qalatasaray”ın stadionundayam və açığını desəm, matç bitdikdən sonra eşitmə qabiliyyətimi bərpa edirəm.

Qeyd edək ki, “Qalatasaray” “Bavariya” ya 1-3 hesabı ilə məğlub olub.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Qalatasaray #matçında #Keyn #eşitmə #qabiliyyətini #itirdi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu