“Qalatasaray” və “Fənərbaxça” eyni ulduz futbolçuya elçi düşdü
Super Liqada çempionluq yarışında olan “Qalatasaray” və “Fənərbaxça” eyni futbolçuya elçi düşüb.
BEY.AZ xəbər verir ki, Qalatasaray”ın gündəmində olan ulduz futbolçu Georges Mikautadze üçün “Fənərbaxça” da hərəkətə keçib. Məlumata görə, “Qalatasaray” mövsümün fasiləsində futbolçunu transfer etməyə çalışır. Türkiyə klubu “Lion”la danışıqlara başlayıb. Lakin “Fənərbaxça”nın həmləsi transferi çətinləşdirib.”Hürriyet” qəzetinin xəbərinə görə, “Fənərbaxça” da “Lion”la danışıqlar aparır. Qeyd edək ki, “Lion” Mikautadzeni mövsümün əvvəlində 18,5 milyon avroya “Metz”dən heyətinə qatıb.
Futbolçu cari mövsümdə 21 matçda meydana çıxıb və 783 dəqiqə meydanda olub, 7 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. “Lion”un aşağı liqaya düşmə ehtimalı ulduğuna görə, ulduz futbolçular klubu tərk edə bilər.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ | Sayt Al Sayt satışı |