“Qalatasaray”dan 18 milyonluq transfer – FOTO
“Qalatasaray” İngiltərənin “Norviç Siti” klubunda forma geyinən 26 yaşlı yarımmüdafiəçi Qabriel Saranı transfer edib.
BEY.AZ bildirir ki, bu barədə klub rəsmi məlumat yayıb. Məlumata görə, braziliyalı ilə 5 illik müqavilə imzalanıb. 20 nömrəli formanı geyinəcək futbolçu illik 2,75 milyon avro qazanacaq.
Transfer İstanbul klubuna 18 milyon avroya başa gəlib.
Qeyd edək ki, Sara “Norviç Siti”dən əvvəl vətənində “San Paulo” forması geyinib və bu klubun yetirməsidir.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |