“Qalatasaray”dan ilin transferi – ”Napoli” güzəştə getdi
“Napoli” “Qalatasaray”a Viktor Osimhenin transferi ilə bağlı güzəştə gedib.
BEY.AZ xəbər verir ki, İtaliya klubu futbolçunun qiymətində endirim edib. Bildirilir ki, bundan əvvəl “Napoli” Viktor Osimheni 75 milyon avroya satırmış. Lakin danışıqlardan sonra İtaliya klubu 5 milyon avro endirim edib. Həmçinin, “Napoli” bu məbləğin 20 milyon avrosunu ilkin ödəniş kimi tələb edir. Digər məbləğ isə hissələr şəklində ödənilə bilər.
Qeyd edək ki, Viktor Osimhen “Qalatasaray”da icarə əsasında çıxış edir. Futbolçu ilə Avropanın bir sıra klubları maraqlanır.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |