fbpx

“Qalatasaray”dan Verratti bombası – “Əl-Əhli” geri çəkildi

BEY.AZ informasiya agentliyi xəbər verir


Yarımmüdafiə xəttini gücləndirmək istəyən “Qalatasaray” Marko Verratti üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, “Qalatasaray” tərəfi Veratti üçün danışıqlar aparır. “L’Equipe”in xəbərinə görə, “Əl-Əhli” PSJ-dən ayrılacağı gözlənilən Marko Verratti ilə danışıqlar apararaq, prinsipial razılığa gəlmişdi. Lakin Verrattinin menecerləri yeni tələblərlə çıxış etdikdən sonra “Əl-Əhli” transferdən imtina edib. Bundan sonra isə “Qalatasaray” Veratti üçün hərəkətə keçib. Məlumata görə, Verrattinin transferinin “Qalatasaray” üçün iqtisadi cəhətdən çətin olacağı bildirilsə də, Türkiyə təmsilçisinin maddi imkanlarını transfer üçün səfərbər etməyə hazır olduğu qeyd edilir.

Qeyd edək ki, 11 ildir PSJ-də oynayan 30 yaşlı Marko Verratti “Peskara”dan 12 milyon avroya transfer olunub. Komandası ilə daha 3 illik müqaviləsi olan italiyalı yarımmüdafiəçi ötən mövsüm PSJ-nin heyətində 38 oyun keçirib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Qalatasaraydan #Verratti #bombası #ƏlƏhli #geri #çəkildi

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin