”Qalatasaray”ın əfsanəsi gedir – Okan Buruk açıqladı
“Qalatasaray”ın baş məşqçisi Okan Buruk komandanın qapıçısı Fernando Muslera barədə önəmli açıqlama verib.
BEY.AZ xəbər verir ki, TV 100 kanalına müsahibəsində Buruk uruqvaylı qapıçının mövsümün sonunda ölkəsinə qayıtmaq istədiyini bildirib.
Buruk qeyd edib: “Onun niyyəti mövsümün sonunda Vətəninə dönməkdir. O, ötən mövsüm də, bu mövsüm də qayıtmaq istəyirdi, çünki uşaqları və həyat yoldaşı oradadır.”
Baş məşqçi əlavə edib ki, Musleranın gedəndən sonra onun yerini doldurmaq çətin olacaq.
Xatırladaq ki, 38 yaşlı Fernando Muslera 2011-ci ildən “Qalatasaray”da çıxış edir və klub üçün çox önəmli fiqurlardan biridir.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |