fbpx

​Qalmaqaldan sonra “Fənərbaxça” fəaliyyəti ilə bağlı tarixi qərarlar verdi

Rüya Yorumları burda

“Fənərbaxça” klubunun növbədənkənar ümumi yığıncağında keçirilən səsvermə nəticəsində 4 məsələ barədə qərar qəbul edilib.

BEY.AZ xəbər verir ki, səsvermə nəticəsində aşağıdakı məsələlər üzrə tam səlahiyyətlərin idarə heyətinə verilməsi qərara alınıb.

1- Uyğun tarixə təxirə salınmaması və ya xarici hakimin cəlb edilməməsi halında 2023-cü il Superkubok yarışında iştirak etməmək və ya 19 yaşadək futbolçulardan ibarət komanda ilə iştirak etmək.

2-Növbəti mövsümdən başlayaraq 2 mövsüm Türkiyə Kubokunda iştirak etməmək və ya növbəti 2 il ərzində 19 yaşadək futbolçulardan ibarət komanda ilə Türkiyə Kubokunda iştirak etmək.

Rüya tabirlerini burdan oku

3- Türkiyədəki futbol fəaliyyətimizlə bağlı veriləcək qərarlardan asılı olmayaraq, klubun xarici çempionatda oynaması üçün lazımlı yol xəritəsini təyin edib həyata keçirmək.

4- Türk futbolunun çatdığı dayanıqsız nöqtəyə görə lazımi tədbirlərin görülməsi üçün UEFA və FİFA-nın müvafiq idarə heyətinə müraciət etmək.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu