Qalmaqallı hakim məhkəmə sistemindən qovuldu
Binəqədi Rayon Məhkəməsinin hakimi Fərid Əmirəliyev məhkəmə sistemindən kənarlaşdırılıb.
BEY.AZ-ın Gununsesi.info-ya istinadən məlumatına görə, buna səbəb fəaliyyətində çoxsaylı qanunsuzluqların aşkarlanması olub.
Qeyd edək ki, Fərid Əmirəliyev bir sıra qalmaqallı və sifarişli məhkəmə qərarlarının müəllifi kimi tanınır.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |