fbpx

Qanunsuz kömür istehsal edənlər cəzalandırıldı

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Ölkə ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Göygöl rayonunun Toğanalı, Qax rayonunun Kiçik Alatəmir kəndləri ərazisində, vətəndaşların həyətyanı sahələrində qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları aşkar olunub.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Metbuat.az-a bildirib ki, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin Göygöl rayon Toğanalı kənd sakinləri Məmməd Süleymanov, İsmət Həsənov və Qax rayon Kiçik Alatəmir kənd sakini Əfqan Omarov olduğu müəyyən edilib.

Onun sözlərinə görə, faktlarla bağlı protokol tərtib olunub, təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb, kömür quyuları ləğv edilib.

Rüya tabirlerini burdan oku

Xidmət rəsmisi qeyd edib ki, kustar üsulla kömür hazırlanması ilk növbədə insan sağlamlığına, eləcə də meşə yanğınlarının baş verməsinə, torpağın münbit qatının korlanmasına, atmosferin çirklənməsinə səbəb olur:

“Buna görə də qanunsuz kömür istehsalı ilə məşğul olan vətəndaşları bu kimi hallara yol verməməyə, ictimaiyyəti isə bu işlə məşğul olanlara qarşı barışmaz mövqe nümayiş etdirməyə və belə hallarla rastlaşdıqda ETSN-in “168 Çağrı Mərkəzi”nə məlumat verməyə çağırırıq”.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Qanunsuz #kömür #istehsal #edənlər #cəzalandırıldı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu