fbpx

Qanunsuz ov edən daha 3 nəfər cəzalandırıldı

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin BakıSumqayıt şəhərləri akvatoriyasında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Metbuat.az-a bildirib ki, araşdırma zamanı brakonyerlərin Yevlax rayon sakini Pərviz Hüseynov və Sumqayıt şəhər sakini Bəhruz Əlibabayev olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

Ayrı-ayrı inzibati rayonların ərazilərindəki su hövzələrində keçirilən nəzarət tədbirləri zamanı ümumilikdə 525 metr uzunluğunda sintetik tor yığışdırılıb.

Rüya tabirlerini burdan oku

Eyni zamanda, keçirilən nəzarət tədbirləri zamanı Mahmudçala Ovçuluq Təsərrüfatında ov qaydalarını pozduğuna görə Biləsuvar rayon sakini İlham Mahmudov saxlanılıb.

Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu