Qara Qarayev “İdman ustası” kimi təltif olunub
BEY.AZ informasiya agentliyi xəbər verir
“Qarabağ” klubunun və Azərbaycan millisinin futbolçusu Qara Qarayevə “İdman ustası” dərəcəsi təqdim edilib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, 29 yaşlı yarımmüdafiəçiyə müvafiq vəsiqəni gənclər və idman nazirinin müavini Mariana Vasileva, müvafiq döş nişanını isə nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov təqdim edib.
Bu dərəcəyə layiq görüldüyü üçün minnətdarlığını bildirən Qarayev nazir müavininə öz adı yazılmış formanı hədiyyə edib.
Vasileva təqdimatda iştirak edən komandanın baş məşqçisi Qurban Qurbanovla da görüşərək, Fransanın “Marsel” komandasına qarşı UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda “Qarabağ”a uğurlar arzulayıb.
Qeyd edək ki, fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Fransadakı ilk oyunda “Qarabağ” 1:3 hesabı ilə uduzub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.