fbpx

“Qarabağ” bizi üstələdi, fərdi keyfiyyətlərə görə qalib gəldik”

BEY.AZ informasiya agentliyi xəbər verir


“Rəqib bizi üstələdi və nəticə göstərdiyimiz oyunun inkişafına görə yox, fərdi keyfiyyətlərimizə görə əldə olundu”.

Metbuat.az-ın məlumatına görə, bunu Fransanın “Marsel” komandasının baş məşqçisi Xorxe Sampaoli “Qarabağ”a 3:1 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu barədə danışarkən deyib.

Fevralın 20-də Liqa 1-in XXV turunda “Klermon”a qarşı matçdan əvvəl mətbuat konfransı təşkil edən 62 yaşlı mütəxəssis komandasının ortaya qoyduğu oyundan məyusluğunu gizlətməyib: “Dünən olduğu kimi, bəzi matçları oynayanda qələbəyə baxmayaraq, həyəcanlanmağa başlayırıq. Bu, mənim üçün “Lill” və ya “Lion”la görüşün sonluğuna bənzəyir. Digər görüşlərdə də uduzmağımıza rəğmən, oyunu nəzarətdə saxlamışıq. Bu, kollektiv məğlubiyyətdir”.

Qeyd edək ki, “Qarabağ” və “Marsel” komandaları arasındakı cavab oyunu fevralın 24-də Bakıda olacaq.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin