fbpx

Qarabağ bölgəsindəki qondarma qurum özünü buraxdığını ELAN ETDİ

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

Azərbaycanın Qarabağ bölgəsindəki qondarma qurum özünü buraxdığını elan edib.

Metbuat.az xəbər verir ki, bu barədə separatçı rejimin “rəhbəri” Samvel Şahramanyan “fərman” imzalayıb.

Qeyd edilib ki, 2024-cü ilin yanvarın 1-dən qurum ləğv edilir.

“Fərman”da qeyd edilib ki, mövcud ağır hərbi-siyasi vəziyyətlə əlaqədar olaraq, Rusiya sülhməramlı komandanlığının vasitəçiliyi ilə əldə edilmiş razılaşmanı nəzərə alaraq, Qarabağ sakinlərinin, o cümlədən silahı yerə qoymuş hərbi qulluqçuların əmlakı öz nəqliyyat vasitələri ilə Laçın dəhlizi ilə sərbəst, könüllü və maneəsiz gediş-gəlişi Azərbaycan Respublikasının Qanununun 93-cü maddəsini rəhbər tutaraq təmin edilir.

Həmçinin 2024-cü il yanvarın 1-dək idarə tabeliyində olan bütün dövlət qurumları və təşkilatları ləğv edilir və qondarma rejim öz fəaliyyətini dayandıracaq.

Rüya tabirlerini burdan oku

“Fərman”da həmçinin qeyd edilib ki, Qarabağın əhalisi bu “fərman” qüvvəyə mindikdən sonra müstəqil və fərdi qərar qəbul etmək məqsədi ilə Azərbaycan Respublikasının təqdim etdiyi reinteqrasiya şərtləri ilə tanış olsunlar.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Qarabağ #bölgəsindəki #qondarma #qurum #özünü #buraxdığını #ELAN #ETDİ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu