“Qarabağ” çətin duruma düşdü
Son ölkə çempionu “Qarabağ” çətin durumdadır.
BEY.AZ offsideplus.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi 2 ciddi itki ilə üzləşib. Klubdan aldığımız məlumata görə, Aleksey İsayev və Kevin Medina ciddi zədələnib. Onlar üçün bu il başa çatıb.
Yarımmüdafiəçi dünən əməliyyat olub. Alekseydə qasıq yırtığı aşkarlanıb. Millimizin üzvü 1 ay yaşıl meydanlardan uzaq qalacaq.
Kevin Medinanın isə baldır əzələsi gərilib. Kolumbiyalı 4-6 həftə müalicə alacaq.
Bu zədələlər Ağdam təmsilçisini çətin duruma salıb. Belə ki, “Qarabağ” 1 həftə ərzində 2 çətin oyuna çıxacaq. “Köhlən atlar” şənbə günü Premyer Liqada “Sabah”ın qonağı olacaq. Gələn cümə axşamı günü isə Avropa Liqasının əsas mərhələsində səfərdə “Elfsborq”la qarşılaşacaq. Qurban Qurbanov bu görüşlərdə 1 mərkəz müdafiəçisinin xidmətindən yararlana biləcək. Söhbət Bəhlul Mustafazadədən gedir. Bədavi Hüseynov zədəli idi. Kevin Medinanın da sıradan çıxması Qurban Qurbanovu çətin vəziyyətə salıb.
Böyük ehtimal həm “Sabah”, həm də “Elfsborq”la görüşlərdə bu mövqedə Mateus Silva çıxış edəcək.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |