“Qarabağ” Çempionlar Liqasında mübarizəni dayandırdı
BEY.AZ informasiya agentliyi xəbər verir
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu üzrə “Qarabağ” bu gün “Rakuv”la qarşılaşıb.
Metbuat.az xəbər verir ki, Ağdam təmsilçisi evdə Polşa “Rakov”u ilə qarşılaşıb. Bakı Olimpiya Stadionunda keçirilən görüş 1:1 hesabı ilə başa çatıb. Bu komandalar arasında ilk matç Polşa klubunun 3:2 hesablı qələbəsi ilə başa çatdığı üçün “Rakov” növbəti mərhələyə yüksəlib.
“Qarabağ” isə Çempionlar Liqasında mübarizəni dayandırıb. Komanda mübarizəni Avropa Liqasında davam etdirəcək və HİK (Finlandiya) / “Molde” (Norveç) cütünün məğlubu ilə üz-üzə gələcək. “Qarabağ” Avroliqada 3-cü təsnifat mərhələsində ilk oyununu evdə keçirəcək.
UEFA Çempionlar Liqası, II təsnifat mərhələsi
Cavab oyunu
2 avqust
20:00. “Qarabağ” (Azərbaycan) – “Rakuv” (Polşa) 1:1
Qol: Tudor, 51, Redon Cica, 60
İlk oyun – 2:3
Bakı Olimpiya Stadionu.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Qarabağ #Çempionlar #Liqasında #mübarizəni #dayandırdı