fbpx

“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazadı

BEY.AZ informasiya agentliyi xəbər verir


“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib.

Metbuat.az xəbər verir ki, Azərbaycan çempionu buna Macarıstan “Ferensvaroş”unu qitənin ən nüfuzlu klub turnirindən kənarlaşdırmaqla nail olub.

Ötən həftə III təsnifat mərhələsinin Bakıdakı ilk görüşündə 1:1 hesablı heç-heçə ilə kifayətlənən Ağdam klubu cütün taleyini səfərdə həll edib. Qurban Qurbanovun yetirmələri Budapeştdə rəqibinə qalib gəlməyi bacarıb. İlk yarıda Abdullah Zubir, fasilədən sonra isə iki dəfə İbrahima Vadji Macarıstan çempionunun qapısına yol tapıb. Son dəqiqələrdə macarlar bu toplardan birinin əvəzini çıxsa da, Azərbaycan çempionu səfərdən qələbə ilə ayrılıb – 3:1.

Bu qələbə ilə “Qarabağ” Çempionlar Liqasının pley-offuna yüksəlib. “Ferensvaroş” isə Avropa Liqasının pley-offunda oynayacaq.

Ağdam təmsilçisi növbəti turda Çexiya “Viktoriya”sı ilə görüşəcək. “Qarabağ” avqustun 16-17-də evdə, 23-24-də səfərdə meydana çıxacaq. Bu cütün qalibi Çempionlar Liqasının, məğlubu Avropa Liqasının qrupunda oynayacaq.

Çempionlar Liqası
III təsnifat mərhələsi
Cavab oyunu
9 avqust
22:00. “Ferensvaroş” (Macarıstan) – “Qarabağ” (Azərbaycan) – 1:3

Qollar: Adama Traore, 86 // Abdullah Zubir, 7, İbrahima Vadji, 55, 78



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin