“Qarabağ” çempionluğa bir addım da yaxınlaşdı
BEY.AZ informasiya agentliyi xəbər verir
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV tura start verilib.
Metbuat.az xəbər verir ki, açılış oyununda “Qarabağ” Qəbələdə eyniadlı komandanın qonağı olub. Görüş “köhlən atlar”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Ağdam klubundan hər iki qolu İbrahima Vadji vurub. Seneqallı hücumçu 6-cı və 14-cü dəqiqələrdə fərqlənərək, bombardirlik yarışında ikinci pilləyə yüksəlib. Aktivində 10 qolu olan 27 yaşlı forvard “Sabah”ın yarımmüdafiəçisi Coy-Lens Mikelsdən cəmi 1 top geri qalır.
Bu qələbədən sonra xallarını 58-ə çatdıran “Qarabağ” liderliyini möhkəmlədib və çempionluğa bir az da yaxınlaşıb. Bölgə təmsilçisinin ən yaxın izləyicisi “Neftçi” bu gün “Səbail”lə səfər matçında xal itirsə, Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv sona 4 tur qalmış qızıl medalları təmin edəcək. “Qəbələ” isə 35 xalla hələlik 4-cü pillədə yer alıb.
Qeyd edək ki, turun digər oyununda “Sabah” “Şamaxı” ilə qarşılaşır. Tura eyni saatda start götürəcək “Səbail” – “Neftçi” və “Sumqayıt” – “Zirə” görüşləri ilə yekun vurulacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.