fbpx

“Qarabağ” “Dinamo”ya məğlub oldu – Çempionlar Liqası



UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Qarabağ” səfərdə “Dinamo”nun (Zaqreb, Xorvatiya) qonağı olub.

BEY.AZ xəbər verir ki, “Maksimir” stadionunda keçirilən matçda meydan sahibləri 3:0 hesablı qələbə qazanıb.

Görüşdə hesabı 29-cu dəqiqədə Marko Pyaça açıb. 75-ci dəqiqədə Sandro Kulenoviç fərqi iki topa çatdırıb. 5 dəqiqə sonra daha bir qol vuran Kulenoviç dubl müəllifi olmaqla görüşdə yekun hesabı müəyyənləşdirib.

Qeyd edək ki, tərəflər arasında cavab görüşü avqustun 28-də Bakıda baş tutacaq.

***

00:45

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Dinamo” (Zaqreb, Xorvatiya) – “Qarabağ” matçında üçüncü qol vurulub.

BEY.AZ xəbər verir ki, tərəflər arasında “Maksimir” stadionunda keçirilən ilk oyunda ev sahibləri növbəti dəfə qol sevinci yaşayıb – 3:0.

80-ci dəqiqədə Sandro Kulenoviç dubl müəllifi olub.

***

00:42

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Dinamo” (Zaqreb, Xorvatiya) – “Qarabağ” matçında ikinci qol vurulub.

BEY.AZ xəbər verir ki, tərəflər arasında “Maksimir” stadionunda keçirilən ilk oyunda ev sahibləri növbəti dəfə qol sevinci yaşayıb – 2:0.

75-ci dəqiqədə Sandro Kulenoviç fərqlənib.

***

00:09

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Dinamo” (Zaqreb, Xorvatiya) – “Qarabağ” matçında ikinci hissə başlayıb.

BEY.AZ xəbər verir ki, tərəflər arasında “Maksimir” stadionunda keçirilən ilk oyunda ev sahibləri hesabda öndədir – 1:0.

29-cu dəqiqədə Marko Pyaça fərqlənib.

***

23:51

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində davam edən “Dinamo” (Zaqreb, Xorvatiya) – “Qarabağ” matçında ikinci hissə başlayıb.

BEY.AZ xəbər verir ki, “Maksimir” stadionundakı oyunda ev sahibləri hesabda öndədir – 1:0.

29-cu dəqiqədə Marko Pyaça fərqlənib.

***

23:51

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində “Dinamo” (Zaqreb, Xorvatiya) – “Qarabağ” matçında ilk hissə yekunlaşıb.

BEY.AZ xəbər verir ki, “Maksimir” stadionundakı oyunda ev sahibləri fasiləyə öndə yollanıb – 1:0.

29-cu dəqiqədə Marko Pyaça fərqlənib.

***

23:32

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində davam edən “Dinamo” (Zaqreb, Xorvatiya) – “Qarabağ” matçında hesab açılıb.

BEY.AZ xəbər verir ki, “Maksimir” stadionundakı oyunda ev sahibləri hesabda önə çıxıb – 1:0.

29-cu dəqiqədə Marko Pyaça fərqlənib.

***

23:01

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində “Dinamo” (Zaqreb, Xorvatiya) – “Qarabağ” matçı start götürüb.

BEY.AZ xəbər verir ki, qarşılaşma “Maksimir” stadionunda keçirilir.

Matçı isveçli baş hakim Qlenn Nyuberq idarə edir.






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin