fbpx

“Qarabağ” “Ferenstvaroş”la oyundan əvvəl azarkeşlərə müraciət etdi

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Qarabağ” Macarıstan “Ferenstvaroş”una qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan əvvəl azarkeşlərə müraciət edib.

Metbuat.az xəbər verir ki, “Qarabağ”ın ev oyunlarında biletlərlə bağlı bütün səlahiyyətlər bundan sonra “iTicket” şirkətinə həvalə edilib.

Bildirilib ki, biletlərlə bağlı hər hansı istək və suallar yaranacağı təqdirdə “iTicket” şirkətinə müraciət etmək lazımdır.

Rüya tabirlerini burdan oku

“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə “Report”a açıqlamasında daha əvvəl səlahiyyətlərin tam olaraq “iTicket” şirkətinə məxsus olmadığını söyləyib: “Klubumuz tərəfindən dəvətnamələrin paylanılması səlahiyyəti bizdə idi. Azarkeşlərin və müraciət edənlərin istəyini başa düşürdük və onları biletlə təmin etməkdə əlimizdən gələn köməkliyi göstərməyə çalışırdıq. 30 min bilet satışa çıxırdısa, onun 1/3-i bəzən isə 1/2-i dəvətnamə olaraq paylanılıb. Bu da müqaviləmiz olan “iTicket”in işinə və bilet satışına təsir edirdi. Bütün bunları nəzərə alaraq həm dəvətnamələr, həm də satışa çıxarılan biletlərlə bağlı bütün səlahiyyətlər “iTicket” şirkətinə həvalə olunub”.

Qeyd edək ki, “Qarabağ” “Ferenstvaroş”a qarşı ilk matçını avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu