“Qarabağ” klubu “Qalatasaray”la oyun üçün “Zirə”yə müraciət etdi
BEY.AZ informasiya agentliyi xəbər verir
Ağdamın “Qarabağ” klubu İstanbulun “Qalatasaray” komandası ilə keçirəcəyi xeyriyyə matçı üçün “Zirə”dən bir futbolçu götürə bilər.
Metbuat.az xəbər verir ki, bu, bir vaxtlar Ağdam klubunun da formasını geyinmiş Donald Geryedir. Sol cinah müdafiəçiləri Elvin Cəfərquliyev və Toral Bayramovun Azərbaycan millisinə çağırılacağını nəzərə alan Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov həmin mövqedəki boşluğu məhz haitili oyunçu ilə doldurmağı planlaşdırır.
Martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək matç saat 20:00-da başlayacaq. Qarşılaşmanın baş hakimi FIFA referisi Əliyar Ağayev olacaq. Ona Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Qarabağ #klubu #Qalatasarayla #oyun #üçün #Zirəyə #müraciət #etdi