fbpx

Qarabağ məsələsinin artıq həll olunduğu hamıya məlumdur

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

Oktyabrın 12-də Bişkekdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü oldu.

Çıxışı zamanı Vladimir Putin Qarabağ ətrafındakı məsələnin gündəmin əsas mövzusu olduğunu söyləsə də, Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, danışmağa mövzularımız çoxdur.

“Biz həmkarlarımızla ikitərəfli gündəliklə bağlı danışacağıq, həm də bizim danışmağa mövzularımız çoxdur. Bu ilin həm əmtəə dövriyyəsi, həm sənaye kooperasiyası, həm də nəqliyyat sahəsində əməkdaşlıq üzrə nəticələri olduqca yaxşıdır. Çoxlu layihələr var. Sonra isə regional mövzulara və təhlükəsizlik məsələlərinə keçərik”.

Analitiklər hesab edir ki, Azərbaycan Prezidenti bir daha sübut etdi ki, bizim üçün bu məsələ bitmiş və Qarabağla bağlı olanlar heç kəslə müzakirə olunmayacaq.

Vəziyyəti şərh edən millət vəkili Arzu Nağıyev Metbuat.az-a bildirdi ki, hazırda iki dövlət arasında əsas iqtisadi və regional məsələlərin həllinə diqqətin yönəldilməsidir:

Rüya tabirlerini burdan oku

“Bişkek görüşündən öncə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirmişdi ki, görüşdə əsasən Qarabağ ətrafında olan məsələlər, ermənilərin inteqrasiya məsələsi və bir sıra digər problemlərin həlli, sülhməramlı qüvvələrlə bağlı istiqamətində müzakirələr aparılacaq. Lakin Bişkek görüşündə bir daha aydın oldu ki, əsas problem bu gün Putin də dediyi kimi regional məsələlərdir.

Hesab edirəm ki, iqtisadi məsələlərin həlli istiqamətində addımlar atılmalıdır. Cənab Prezident İlham Əliyev də həm, sənaye, həm nəqliyyat, həm mal mübadiləsi məhz regional mövzuların həll olunması ətrafında müzakirələrin aparılmasını daha düzgün sayır. Bu gün Qarabağ məsələsinin artıq həll olunduğu hamıya məlumdur. Burada artıq müəyyən detalların həlli qalıb. Rusiya sülhməramlı qüvvələrinin müqaviləyə əsasən 2025-ci ilə qədər orada olmasına baxmayaraq, artıq lazım olmayan postların yığılması istiqamətində addımlar atılır. Əsas problem Ermənistan-Azərbaycan məsələsi, regional məsələlərə daxil olan əsas müzakirə obyektidir. Düşünürəm ki, cənab Prezidentin də çıxışında əsas məqam bundan ibarət idi”,- deyə millət vəkili vurğulayıb.

Gülbəniz Hüseynli / Metbuat.az

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Qarabağ #məsələsinin #artıq #həll #olunduğu #hamıya #məlumdur

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu