fbpx

“Qarabağ” “Neftçi”ni məğlub etdi



“Qarabağ” Azərbaycan Premyer Liqasında “Neftçi”ni məğlub edib.

BEY.AZ-ın məlumatına görə, mövsümün ilk derbisi VII turda baş tutub. Qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə bitib – 4:0.

“Neftçi”dən Robert Bauer 18-ci dəqiqədə avtoqol müəllifi olub. 29-cu dəqiqədə Olavio Juninyo, 45+3-cü dəqiqədə Yassin Benzia, 90+1-ci dəqiqədə Leandro Andrade adını tabloya yazdırıb.

Bu nəticədən sonra xallarının sayını 15-ə çatdıran “köhlən atlar” liderliyə yüksəlib. “Ağ-qaralar” 4 xalla 8-9-cu yerləri bölüşdürür.

Qeyd edək ki, günün ilk matçında “Şamaxı” “Kəpəz”i məğlub edib – 2:0. VII turun digər oyunları sentyabrın 21-22-də baş tutacaq.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin