“Qarabağ” oyunundakı təxribata erməni jurnalistdən SƏRT SÖZLƏR: Türklər bunu etməzlər
BEY.AZ informasiya agentliyi xəbər verir
Xəbər verdiyimiz kimi, Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununu keçirib. “Velodrom” stadionunda oynanılmış qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Metbuat.az xəbər verir ki, ermənilərin “Hrparak” saytı oyun zamanı erməni azərkeşlərin yersiz canfəşanlığı ilə bağlı məqalə dərc edib. Məqalənin müxbiri bildirir ki, “Marsel” (Fransa) – “Qarabağ” (Azərbaycan) matçı ilə bağlı ermənilərin stadionda belə aksiya təşkil etməsi olduqca yersizdir. Hətta müəllif təəssüf hissi ilə yazır ki, yaxşı olardı Ermənistan millisi bu tipdə aksiya keçirmək yerinə yarışlarda uğurlu qələbə qazansın.
“Biz mənəvi qələbələrə sevindiyimiz halda, bir komanda vasitəsilə azərbaycanlılar artıq “Qarabağ” sözünü milyonlarla insanın diqqətində cəmləşdirə biliblər. Stadionda erməni azerkeşlərin yerində azərbaycanlı azərkeşlərin olduğunu düşünsək bu sizlərə necə təsir edərdi? Türklər bunu etməyib, etməzdilər də. Ağlı başında olan insan belə ucuz oyunları həyata keçirmək üçün can atmamalıdır. Gəlin bir az realist olaq, bir az daha düşünək, irqi düşüncədən uzaqlaşaq, bir az da məntiqli davranaq”.
Qeyd edək ki, ötən gün keçirilən tarixi matçda Azərbaycan təmsilçisi “Qarabağ” klubu Fransa “Marsel”inin qonağı olub. Oyun əsnasında erməni azərkeşlər pankartlar qaldıraraq, ucuz davranışlar sərgiləyiblər. Görünür 44 günlük zəfərin dadı hələ uzun müddət bədxah qonşumuzun damağından getməyəcək. Amma artıq Ermənistanda da anlamağa başlayıblar ki, “Qarabağ Azərbaycandır” və ermənilərin fürsət yaranan kimi məntiqsiz hərəkətlər sərgilməsi yalnız gülüş hədəfinə çevrilməyə səbəb ola bilər.
Gülbəniz Hüseynli / Metbuat.az
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.