“Qarabağ” qrup mərhələsinə uğurlu nəticə ilə başladı
“Qarabağ” Avropa Liqasının qrup mərhələsində ilk oyununa çıxıb.
Metbuat.az bildirir ki, Qurban Qurbanovun komandası Tofiq Bəhramov adına Respublika stadionunda Norveçin sonuncu çempionu “Molde” klubunu qəbul edib. Görüş Ağdam təmsilçisinin 1:0 gesablı qələbəsi ilə başa çatıb
Qrupun digər matçında “Bayer” (Almaniya) “Hakken”i (İsveç) qəbul edib və 4 cavabsız qolla qalib gəlib.
21 sentyabr
Avropa Liqası
Qrup mərhələsi, 1-ci tur
H qrupu
20:45 “Qarabağ” (Azərbaycan) – “Molde” (Norveç) -1:0
Qol: Leandro Andrade, 55
Baş hakim: Con Biton (Şotlandiya)
20:45 “Bayer” (Almaniya) – “Hakken” (İsveç) – 4:0
Qollar: Florian Virtz, 10, Amine Adli, 16, Victor Bonifeys, 66, Jonas Hofmann, 70