“Qarabağ” “Səbail”i məğlub etdi – Premyer Liqa
Futbol üzrə Azərbaycan Premyer Liqasında növbəti oyun keçirilib.
BEY.AZ xəbər verir ki, çempionluğunu ötən tur rəsmiləşdirən “Qarabağ” “Səbail”i qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 4:2.
Bu nəticədən sonra xallarını 72-yə çatdıran “köhlən atlar” turnir cədvəlinə başçılıq edir. “Səbail” isə 38 xalla yeddinci pilləyə enib.
Günün digər matçında “Turan Tovuz” “Sabah”a 2 cavabsız topla qalib gəlib.
Qeyd edək ki, XXIX turun açılış oyununda “Kəpəz” səfərdə “Araz-Naxçıvan”a 2:1 hesabı ilə qalib gəlib. Tura martın 7-də keçiriləcək “Zirə” – “Qəbələ” və “Neftçi” – “Sumqayıt” qarşılaşmaları ilə yekun vurulacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.