fbpx

“Qarabağ” səfərdə “Rakuv”a məğlub oldu

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Ağdamın “Qarabağ” klubu UEFA Çempionlar Liqasında təsnifat mərhələsinin növbəti oyununa çıxıb.

Metbuat.az xəbər verir ki, Azərbaycan çempionu Polşada “Rakuv”un qonağı olub. “Miejski” stadionunda keçirilən görüşdə meydan sahibləri qələbə qazanıblar – 3:2.

Matçda hesab 55-ci dəqiqədə açılıb. Ağdam klubundan Elvin Cəfərquliyev avtoqol müəllifi olub. Oyunun 71-ci dəqiqəsində “Rakuv” ikinci topu Ağdam təmsilçisininqapısından keçirib. Bu dəfə Fabian Pyasetski fərqlənib. Məğlubiyyətlə barışmaq istəməyən “Qarabağ” Redon Cicanın 73 və 75-ci dəqiqələrdə vurduğu qollarla hesabı bərabərləşdirib. Bununla belə, Polşa çempionu 90+1-ci dəqiqədə Sonni Kittellə qələbə topunu vura bilib.

Rüya tabirlerini burdan oku

Komandalar arasında cavab oyunu avqustun 2-də Bakı Olimpiya Stadionunda baş tutacaq. Bu cütün qalibi III təsnifat mərhələsində “Aris” (Kipr) – BATE (Belarus) matçının güclüsü ilə qarşılaşacaq.

Qeyd edək ki, “Qarabağ” I təsnifat mərhələsində Cəbəllütariq “Linkoln”unu hər iki görüşdə məğlub edərək (2:1, 4:0) mübarizədən kənarlaşdırıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Qarabağ #səfərdə #Rakuva #məğlub #oldu

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu