fbpx

“Qarabağa investisiya yatıracağıq” – Səudiyyəli nazir

BEY.AZ informasiya agentliyi xəbər verir


“Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. Bu ərazilərin inkişafı hazırda Azərbaycandan asılıdır”.

Metbuat.az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri, Azərbaycan Respublikası hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında Müştərək Komissiyanın həmsədri Xalid ibn Əbdül Əziz Əl-Faleh jurnalistlərə müsahibəsində deyib.

Onun sözlərinə görə, bölgə üçün ən vacib məqam normal həyatın geri qaytarılmasıdır.

“Hazırda burada mənimlə birlikdə Səudiyyə Ərəbistanından gələn böyük nümayəndə heyəti var. Təkcə dövlət deyil, eyni zamanda, özəl sektorun nümayəndələri, o cümlədən energetika, xüsusilə yaşıl enerji, turizm və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən investorlar da buradadırlar. Səudiyyə Ərəbistanı Azərbaycanın Qarabağ bölgəsinə investisiya yatırmaq niyyətindədir. Eyni zamanda, qeyd etməliyəm ki, Zəngilan aeroportu və yeni tikilən kənd bizi təəccübləndirdi. Bura ailələrin yaşaması üçün gözəl məkandır”, – deyə bildirib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Qarabağa #investisiya #yatıracağıq #Səudiyyəli #nazir

Bir Cevap Yazın

Başa dön tuşu