fbpx

Qarabağa qoyunçuluq və arıçılıq təsərrüfatlarının köçü başa çatır

BEY.AZ informasiya agentliyi xəbər verir

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yerləşən yaylaqlara qoyunçuluq və arıçılıq təsərrüfatlarının köçü başa çatmaq üzrədir.

Bu barədə Metbuat.az-a Kənd Təsərrüfatı Nazirliyindən (KTN) bildirilib.

Məlumata görə, dövlət qurumları ilə razılaşdırılmış vahid reqlamentə əsasən, azad edilmiş bölgələrdən olan, təsərrüfatında ən azı 200 baş xırdabuynuzlu heyvan və Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçmiş 40 arı ailəsi olan fermer mövsüm dövründə öz təsərrüfatını azad olunmuş ərazilərdəki yaylaqlara köçürmək üçün elektron müraciət edə bilər. Yaylaqlara təsərrüfatdakı xırdabuynuzlu heyvanların 10 %-i qədər iribuynuzlu heyvan aparmağa da icazə verilib. Təsərrüfatın rəhbəri özü ilə şəxsi seçimi əsasında müəyyən etdiyi maksimum 9 köməkçi aparmaq hüququna malikdir.

Köçdən əvvəl müraciətləri təsdiqlənmiş fermerlərə Minatəmizləmə Agentliyinin Göygöldəki Təlim Mərkəzində müvafiq təhlükəsizlik və davranş qaydaları ilə bağlı təlim keçirilib. Azad olunmuş ərazilərdə təhlükəkəsizlik qaydaları ilə tanış olduqlarına dair sertifikat almış fermerlərə öz təsərrüfatlarını müəyyən olunmuş müddət ərzində yaylaqlara köçürməyə icazə verilib.

Yaylaqlara köçlə bağlı elektron müraciət üçün iki ay vaxt ayrılıb, müraciətlərin təsdiqlənməsi və adların portala daxil edilməsi müddəti iyun ayının əvvəllərində başa çatıb.

İyulun 1-nə qədər azad olunmuş ərazilərdəki yaylaqlara ümumilikdə 329 166 xırdabuynuzlu, 23 794 iribuynuzlu, 831 digər heyvanın (at,it, eşşək və s.) köçürülməsi təmin edilib. Ümumilikdə Kəlbəcər və Laçın yaylaqlarına 940 qoyunçuluq təsərrüfatı köç edib.

Bu il Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarındakı yaylaqlara 1 101 arıçı tərəfindən 61 045 arı ailəsi aparılıb.

Ümumilikdə 2022-ci il yaylaq mövsümündə 17 406 şəxsin fermer təsərrüfatlarının tərkibində azad olunmuş ərazilərdəki yaylaqlara getməsinə icazə verilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin