Qarabağda əmək qabiliyyətli vətəndaşların 85 faizi işlə təmin edilib
Son 6 ildə əməkhaqqı fondunun 3,2 dəfədən çox artması biznesin inkişafının əsas göstəricilərindəndir.
BEY.AZ xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Gömrük-Biznes Forumu 2024: Dialoq” tədbirində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, qeyd edilən dövr ərzində Azərbaycanda əmək müqavilələrinin artımının 80 faizi özəl sektorun sayəsində olub.
Nazir bildirib ki, Qarabağda əmək qabiliyyətli vətəndaşların 85 faizi işlə təmin edilib: “Qalan vətəndaşların məşğulluğunun təmin edilməsi istiqamətində işlər davam etdirilir”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |