fbpx

“Qarabağda əməliyyatların keçirilməsi vacibdir” – AÇIQLAMA

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Ermənistanın hay-küyü ilə BMT TŞ-nin iclasında keçirilən müzakirələrdə Azərbaycana qarşı Laçın yolu ilə bağlı heç bir qərar, bəyanat hətta tövsiyyə xarakterli bir sənəd qəbul edilmədi. Bu vəziyyətdə separatçıların hər hansı fikir səsləndirməsi, şərtlər irəli sürməsi heç bir məntiqə sığmır”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev son günlər Xankəndidə erməni separatçı tör-töküntülərinin təxribatlarının intensivləşməsi ilə bağlı vəziyyəti şərh edərkən deyib. Ekspert hesab edir ki, Azərbaycan daha əvvəl verdiyi təkliflərin şərtlərini bir az da sərtləşdirməlidir:

“Biz daha əvvəl humanitar yüklər üçün Ağdam-Xankəndi yolunun istifadəsini təklif edirdiksə, indi bu təklif yalnız erməni silahlılarının Azərbaycan ərazilərindən çıxarılmasından və erməni separatçılarının rəhbərlərinin Azərbaycana təhvil verilməsindən sonra baş tuta bilər. Belə bir təklif gələcəkdə qarşı tərəfi daha məsuliyyətli olmağa vadar edə bilər. Bu baxımdan Azərbaycan da qalib tərəf kimi daha sərt tələblər ortaya qoya bilər”.

Rüya tabirlerini burdan oku

Məsələyə münasibət bildirən “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri, politoloq Samir Hümbətov Metbuat.az-a bildirdi ki, ermənilərin təxribat törətməkdə əsas məqsədi sülh prosesinə gedən yolda problemlər yaratmaq, bu günə qədər əldə olunmuş sülh danışıqlarının nəticəsini sıfırlamaqdır.

“Hesab edirəm ki, elə bu məsələdə maraqlı olan dövlətlər var. Onlar öz maraqlarını təmin etmək naminə Ermənistanı təxribatlara təşviq edirlər. Ermənistan sadəcə olaraq onların oyunçusu, planlarının parçasıdır. Azərbaycan belə addımlara tolerant yanaşmayacaq. Qarabağda və sərhədyanı ərazilərdə əməliyyatların keçirilməsi vacibdir”, – deyə politoloq qeyd edib.

Gülbəniz Hüseynli / Metbuat.az



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Qarabağda #əməliyyatların #keçirilməsi #vacibdir #AÇIQLAMA

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu